Əliyev müdrik davranmalıdır

ساخت وبلاگ

İranın Azərbaycandakı keçmiş səfiri iki ölkə əlaqələrində yaranmış gərginliyə münasibət bildirib

İranın Azərbaycan Respublikasındakı keçmiş səfiri beynəlxalq ictimaiyyətin İlham Əliyevin açıqlamalarını qəbul etmədiyini bildirib

الهام علی اف

Möhsün Pakayin İSNA Agentliyinə verdiyi müsahibədə deyib: “Biz Azərbaycan prezidentinə aldığı səhv məlumatlar əsasında açıqlama verməməyi tövsiyə edirik”.

Tehrandakı səfirlikdə baş verən insidentdən sonra Azərbaycan prezidenti Əliyevin İrana qarşı iddialarını dəyərləndirərən sabiq diplomat sonra qeyd edib: “Görünür, Əliyevə ölkə daxilində İran İslam Respublikasına qarşı olan bəzi ünsürlərin, eləcə də sionist İsrail rejimi kimi bəzi xarici dairələrin təlqinlərinin təsiri altına düşüb və bu məsələni iki ölkə münasibətlərində siyasi məsələ kimi saxlamağa çalışır”.

Onun sözlərinə görə, İranın hakimiyyət orqanları səfirliyə hücumu dərhal pislədilər və bu hərəkətin yanlış bir hərəkət olduğunu bildirdilər; lakin heç bir terror aktından söhbət gedə bilməz və hücumda siyasi motiv olmayıb, hətta Azərbaycanın sionist rejimdən başqa ən yaxın müttəfiqləri belə, bunun terror aktı olduğunu qəbul etmədilər.

Keçmiş səfir vurğulayıb ki, beynəlxalq ictimaiyyət Əliyevin açıqlamalarını qəbul etmir. Məhkəmə istintaqını və onun nəticəsini gözləmək və sonra mövqe bildirmək lazımdır.

Pakayin qeyd edib: “Biz bu hadisənin iki ölkə arasında münasibətlərə mənfi təsir göstərməsinə imkan verməməliyik, Əliyev İran və Azərbaycan münasibətlərində düyün yaratmağa çalışmamalıdır. Hesab edirəm ki, Tehranla Bakı arasında münasibətlərin soyuqluğu Azərbaycan Respublikasının ziyanınadır. Ən müdrik qərar odur ki, Əliyev münasibətləri normallaşdırsın və günahkarın cəzalandırılması ilə bağlı məhkəmə orqanlarının cavabını gözləsin”.

Sabiq diplomat vurğulayıb: “Əliyevin açıqlamalarından görünür ki, o, qəzəblidir və qeyri-təbii vəziyyətdə mövqe tutur. Halbuki ən yaxşı mövqe təmkinli olmaq və eyni zamanda İranda gedən istintaqın nəticəsini gözləməkdir”.

باکو - ایروان، ضرورت خویشتن داری...
ما را در سایت باکو - ایروان، ضرورت خویشتن داری دنبال می کنید

برچسب : نویسنده : mosenpak بازدید : 80 تاريخ : شنبه 6 اسفند 1401 ساعت: 16:21