Azərbaycan hakimiyyəti başqaların təsiri altına düşüb- TƏHLİL

ساخت وبلاگ

İran İslam Respublikasının Azırbaycandakı keçmiş səfiri Xəbər-Onlayn portalına yazdığı məqalədə Azərbaycan səfirliyinə hücum məsələsinə Bakının yanaşmasını tənqid edib

SəhərAzəri-nin məlumatına əsasən, Möhsün Pakayin yazır

اروپا در مسیر رادیکالیزم و ستیز با دیپلماسی

Prezidenti İlham Əliyev bu hadisəni terror aktı adlandırıb və onun tez bir zamanda araşdırılmasını və cinayətkarların cəzalandırılmasını istəyib. Bu isə Bakının bu məsələni böhrana çevirmək motivasiyasından xəbər verir.

Azərbaycan Respublikasının rəsmi orqanlarının mövqeyinə istinad edərək, bir sıra rəsmi şəxslər və xarici KİV-lər də bu hadisəni terror hadisəsi kimi qələmə verərək, hücumçunun ailə-məişət motivini gizlətməyə çalışıblar.

Bütün siyasi lüğətlərdə “terror”un siyasi motivli qətl olduğu deyilir və şəxsi, ailəvi zəmində baş verən münaqişələr heç vaxt terror adlandırılmır. Bu səbəbdən rəsmi məmurlar, xüsusilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin diplomatiya sahəsində böyük keçmişi olan Xələf Xələfov kimi diplomatlar sui-qəsdlə siyasi motivli olmayan qətlin fərqini bilməlidirlər.

Bu arada İlham Əliyev İran İslam Respublikasının prezidenti ilə telefon danışığında deyib: “İki ölkənin bu sahədə əməkdaşlığı elə olmalıdır ki, heç kimin dostluq münasibətlərimizi pozmaq imkanı olmasın”. Əgər Azərbaycan prezidenti doğrudan da Tehranla Bakının münasibətlərinə üçüncü şəxslərin müdaxiləsinin əleyhinədirsə, bəs niyə onun köməkçisi Hikmət Hacıyev İsrailin Azərbaycandakı səfiri Corc Diklə görüşüb? Və əsasən sionist rejim bu məsələdə harda dayanır?

Bu hadisədə heç bir şübhə yoxdur ki, İsrail Azərbaycanı İranla qarşıdurmaya təhrik etmək istəyib və sionist rejimin bu praktikası misilsizdir, lakin gözlənilən idi ki, ən azı Türkiyə Tehran və Bakı ilə dostluq münasibətləri olan bir ölkə kimi İranla Azərbaycanın mövqelərini yaxınlaşdırmağa çalışacaq, lakin təəssüf ki, bu ölkənin rəsmi orqanları və mediası da hadisəni təxribatını terror adlandırmaqla özlərini sionist rejim kimi aparırlar.

Möhsün Pakayin sonda Azərbaycan Respublikasının hakimiyyət orqanlarını qeyri-dost bəyanatlardan və emosional fikirlərdən əl çəkərək, iki ölkənin münasibətlərinə xələl gətirməməyə, üçüncü dövlətlərin təsiri altına düşməməyə və problemi iki xalqın mənafeyini nəzərə alaraq həll etməyə çağırıb.

باکو - ایروان، ضرورت خویشتن داری...
ما را در سایت باکو - ایروان، ضرورت خویشتن داری دنبال می کنید

برچسب : نویسنده : mosenpak بازدید : 81 تاريخ : چهارشنبه 19 بهمن 1401 ساعت: 12:16